İlham Əliyev bu ölkəyə səfərə getdi

İlham Əliyev bu ölkəyə səfərə getdi
Gündəm 15 Noyabr 2025 14:13
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistanda səfərdədir.
 
Sitat.info xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Arifov və digər rəsmi şəxslər qarşılayıblar.