Ağalıya daha 41 ailə yola salındı

Ağalıya daha 41 ailə yola salındı
Gündəm 14 Noyabr 2025 09:19

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Sitat.info  xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.