Cənazələr Türkiyəyə aparılır

Cənazələr Türkiyəyə aparılır
Gündəm 13 Noyabr 2025 20:50

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan “C130” tipli hərbi nəqliyyat təyyarəsində həlak olan hərbçilərin nəşləri Türkiyəyə göndərilib.

Sitat.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, onların nəşləri Türk Silahlı Qüvvələrinə məxsus “A400M” tipli hərbi təyyarəyə yerləşdirilib. Məlumata görə, təyyarə yerli vaxtla saat 20:30-da Tbilisidən havaya qalxaraq Türkiyəyə doğru yola düşüb.

Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.