Bakıda məşhur restoranda PARTLAYIŞ: ölən var

Bakıda məşhur restoranda PARTLAYIŞ: ölən var
Gündəm 13 Noyabr 2025 12:13

Bakıda restoranda partlayış olub.

Sitat.info xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bakıxanov qəsəbəsində yerləşən "La Villa" restoranında qeydə alınıb. 

Restoranın mətbəxində baş vermiş partlayışda Məlahət Cəfərova xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən qadın dünən orada ölüb. 

Faktla bağlı araşdırma aparılr.