Fəhlə betonqarışdıran maşının altında qalaraq öldü

Fəhlə betonqarışdıran maşının altında qalaraq öldü
HADİSƏ 13 Noyabr 2025 11:19

Ağdamda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə Ağdam şəhəri ərazisində qeydə alınıb.  Tikinti sahəsində fəhlə kimi çalışan 2001-ci il təvəllüdlü Sabir Camili betonqarışdıran maşının altında qalaraq ölüb.  Faktla bağlı araşdırma aparılır.