Ərdoğan Bağçalının evinə getdi - Foto

Ərdoğan Bağçalının evinə getdi - Foto
Gündəm 12 Noyabr 2025 20:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını evində ziyarət edib.

Sitat.info “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ankarada, Bağçalının Türkmənbəyi küçəsində yerləşən iqamətgahında baş tutub.

Bildirilib ki, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb. Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər. Daha sonra iki lider qapalı görüşə keçiblər.

Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib.

Ərdoğan Bağçalının evinə getdi - Foto