Kürdəmirin icra başçısı vəzifəsindən azad olundu
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, E.İbrahimov 2022-ci ilin fevralından sözügedən vəzifəni icra edirdi.