Britaniya Əhməd əl-Şaraaya qarşı sanksiyaları ləğv edib

Britaniya Əhməd əl-Şaraaya qarşı sanksiyaları ləğv edib
Gündəm 07 Noyabr 2025 19:50
Böyük Britaniya Suriya Prezidenti Əhməd əl-Şaraa əleyhinə sanksiyaları ləğv edib.
 
Rəsmi London Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaları da ləğv edib.
 
Qeyd edək ki, dünən BMT Təhlükəsizlik Şurası Suriya liderinə qarşı snaksiyaların ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Avropa İttifaqının da oxşar addımı atması gözlənilir.