İyunda 10 gün iş olmayacaq

İyunda 10 gün iş olmayacaq
Gündəm 01 İyun 2022 12:53

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

Sitat.info xəbər verir ki, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü olacaq.

Qeyd edək ki, iyunda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.

/Ökə.az