Qadın sobanın üstünə yıxılaraq yandı

Qadın sobanın üstünə yıxılaraq yandı
KRİMİNAL 07 Noyabr 2025 10:28

Biləsuvarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, hadisə dünən rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə qeydə alınıb.

 Belə ki, Məkurə Cavanşir qızı Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.