Tramp: Rusiya-Ukrayna müharibəsi dayandırılacaq

Tramp: Rusiya-Ukrayna müharibəsi dayandırılacaq
Gündəm 05 Noyabr 2025 19:52

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq niyyətini bir daha bəyan edib.

 
Sitat.info xəbər verir ki, o, bu barədə Ağ Evdə respublikaçı senatorlarla görüşü zamanı deyib.
 
“Müharibələri dayandırmaq üçün çox böyük işlər görmüşük. Artıq səkkiz müharibəni dayandırmışıq, indi bir müharibə qalıb. O da dayandırılacaq, amma biz artıq çox böyük işlər görmüşük”, - o qeyd edib.