Təbrizdə qəza – Təyyarə hava limanına çırpıldı
Sitat.info Güney Azərbaycan “Telegram” kanallarına istinadən bildirir ki, təyyarənin gövdəsinin ciddi zədələndiyi qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qəzadan dərhal sonra Təhlükəsizlik və Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi hadisə yerinə gələrək yanacaq sızmasının qarşısının alınması və təyyarənin alışmasına qarşı tədbirlər görüb.