Şirvanda yol qəzası olub, ölən və xəsarət alanlar var

Şirvanda yol qəzası olub, ölən və xəsarət alanlar var
Gündəm 30 Oktyabr 2025 22:00
Şirvanda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.
 
Sitat.info report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb.
 
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
 
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.