SON DƏQİQƏ! Prezident bu icra başçısını vəzifəsindən azad etdi
İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
“Sitat.info” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
