Badamdarda su borusu partladı, küçələri su basdı

Badamdarda su borusu partladı, küçələri su basdı
Gündəm 29 Oktyabr 2025 19:44

Paytaxtın Badamdar qəsəbəsi ərazisində çən partlayıb, yolu su basıb.

Sitat.info xəbər verir ki, “Məktəbli” küçəsi ərazisində sakinlər üçün nəzərdə tutulan içməli su çəni partlayıb.

Məlumata görə, hazırda qəsəbənin Nürəddin Paşayev və Seyran Məmmədov küçələri də su altında qalıb.

Nəticədə yolu su basıb, nəqliyyatın və piyadaların hərəkəti çətinləşib.