Lavrov: START müqaviləsinin uzadılması barədə danışıqlar aparılmır

Lavrov: START müqaviləsinin uzadılması barədə danışıqlar aparılmır
Gündəm 28 Oktyabr 2025 20:00
Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında müqavilənin (START) uzadılması barədə uzun müddətdir ki, heç bir söhbət getmir.
 
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
 
Onun sözlərinə görə, START-ın yerini tutacaq yeni müqavilə Rusiya ilə ABŞ arasındakı münasibətlərdə kökündən fərqli bir vəziyyət tələb edir.
 
Lavrov qeyd edib ki, Rusiya START-la bağlı öz təşəbbüsünə ABŞ-dan rəsmi müsbət cavab gözləyir.