Donetskdə Rusiya ordusunun hücumu dayandırıldı

Donetskdə Rusiya ordusunun hücumu dayandırıldı
Dünya 28 Oktyabr 2025 15:47

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Dobropil rayonu istiqamətində Rusiya ordusunun hücumunu uğurla dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Məlumata görə, Rusiya qoşunları bu istiqamətdə Kuçeriv Yar və Nove Şaxove yaşayış məntəqələrini tutmağa cəhd göstərib.

“Ukrayna Müdafiə Qüvvələri düşməni Kuçeriv Yar və Nove Şaxove yaxınlığında dayandırıb”, - mənbə qeyd edib.