"Azərbaycanla əməkdaşlığa heç bir maneə yoxdur" - Putinin nümayəndəsi

\"Azərbaycanla əməkdaşlığa heç bir maneə yoxdur\" - Putinin nümayəndəsi
Gündəm 27 Oktyabr 2025 10:12
Rusiya Azərbaycanla humanitar əlaqələri bərpa etməyə hazırdır.
 
Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy açıqlama verib.
 
“Ölkələr arasında mədəni əlaqələrin bərpa olunmaması üçün dərin səbəblər yoxdur”, - deyə Şvıdkoy bildirib.
 
O, həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla əsrlərlə formalaşmış ortaq tarixə malikdir:
 
“Xalqlarımız bir-biri ilə sıx bağlıdır və hər iki ölkədə cəmiyyətin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri bölüşürlər".