İmamoğlu bir ittiham üzrə bəraət aldı

İmamoğlu bir ittiham üzrə bəraət aldı
Gündəm 24 Oktyabr 2025 19:00
Türkiyənin müxalifət lideri Əkrəm İmamoğlu Beylikdüzü rayonunun meri vəzifəsində çalışdığı dövrdə “tenderlərə müdaxilə” ittihamı ilə bağlı açılmış cinayət işi üzrə bəraət alıb.
 
Sitat.info bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
 
Qeyd olunur ki, siyasətçiyə qarşı digər ittihamlarla bağlı məhkəmə prosesləri davam edir.