Prezident Tokayev: "Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir"

Prezident Tokayev: \"Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir\"
SİYASƏT 21 Oktyabr 2025 12:53

"Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir"

Sitat.info xəbər verir ki, bu bəyanatla Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Qazaxıstan dövlətinin başçısı vurğulayıb: "Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk".