Türkiyədə həbsdən qaçan məhkum cinayətlər törətdi - 2 ölü, 7 yaralı

Türkiyədə həbsdən qaçan məhkum cinayətlər törətdi - 2 ölü, 7 yaralı
HADİSƏ 20 Oktyabr 2025 22:57

Türkiyənin Balıkesir vilayətindəki həbsxanaların birindən qaçan məhkum ardıcıl cinayətlər törədib.

Sitat.info “Sabah”a istinadən xəbər verir ki, Mustafa Emlik adlı məhkum qaçış planını həyata keçirərkən baş çavuş Kamal Əkrini qətlə yetirib.

Daha sonra onun avtomobilini oğurlayıb. Həmin nəqliyyat vasitəsi ilə qaçarkən 6 piyadanı vurub.

Onlardan biri, Göktuğ Çalığı adlı şəxs hadisə yerində keçinib, digər beş nəfər isə yaralanıb.

Onun izinə düşən təhlükəsizlik qrupu ilə atışma zamanı 2 polisi də yaraladıqdan sonra zərərsizləşdirilib.