Atasının ölümündən 3 gün sonra intihar etdi

Atasının ölümündən 3 gün sonra intihar etdi
HADİSƏ 20 Oktyabr 2025 14:58

Beyləqanda ailə faciəsi yaşanıb.

Sitat.info  xəbər verir ki, Beyləqanın Qəhrəmanlı kənd sakini 1963-cü il təvəllüdlü Azər Əli oğlu Bayramov vəfat edib.

Mərhumun ölümündən 3 gün sonra 1996-cı il təvəllüdlü Məhəmməd Azər oğlu Əlizadə atasının yoxluğuna dözməyərək özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.