Tramp: Çinə qarşı 100%-lik tariflər davamlı ola bilməz

Tramp: Çinə qarşı 100%-lik tariflər davamlı ola bilməz
Gündəm 17 Oktyabr 2025 18:13
ABŞ prezidenti Donald Tramp Çinə qarşı özünün təklif etdiyi 100%-lik tarif vergilərinin davamlı ola bilməyəcəyini düşünür.
 
Tramp "Fox Business Network”a müsahibəsində "Bu rəqəmlər bu cür davam edə bilməz, amma onlar məni buna məcbur etdilər” ifadəsini işlədib.
 
Qeyd edək ki, ötən həftə Tramp noyabrın 1-dən başlayaraq Çindən idxal olunan məhsullara 100%-lik tarif vergisinin tətbiq olunacağını demişdi.