Səbuhinin meyiti tapıldı

Səbuhinin meyiti tapıldı
KRİMİNAL 16 Oktyabr 2025 21:30

Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdiyi haqda paylaşım edib daha sonra yoxa çıxmışdı.

“Qafqazinfo”nun məlumatına görə, 32 yaşlı Səbuhi Hacızadənin meyiti rayonun Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb.

Qeyd edək ki, Səbuhi Hacızadə Monteneqroda işləyirmiş. O, 4 ay imiş ki, həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.

Məlumata görə, cütlüyün 3 övladı var.