Mayor İlham Haqverdiyev saxlanıldı
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi İlham Haqverdiyev saxlanılıb.
Sitat.info xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Onun rüşvət ittihamı ilə saxlanıldığı bildirilib. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.
Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.