Pakistandan ağır zərbə: Talibanın briqadası məhv edildi

Pakistandan ağır zərbə: Talibanın briqadası məhv edildi
Gündəm 15 Oktyabr 2025 17:50

Pakistan qüvvələri Əfqanıstanın Qəndəhar əyalətinə zərbələr endirib.Sitat.info xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

“Əfqanıstanın Qəndəhar əyalətinə dəqiq zərbələr həyata keçirilib. Nəticədə taliblərin 4-cü batalyonu və 6-cı sərhəd briqadası tamamilə məhv edilib. Onlarla əcnəbi və əfqan döyüşçü öldürülüb”, - məlumatda qeyd olunub.