MSK-nın iclası başladı: Onun mandatına xitam verilir

MSK-nın iclası başladı: Onun mandatına xitam verilir
SİYASƏT 15 Oktyabr 2025 16:12

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Sitat.info xəbər verir ki, iclasda Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi və cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Ramil Həsən vəzifəsinin icrasına bu gün başlayıb.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub./APA