Tovuzda qatar kişini vuraraq öldürüb

Tovuzda qatar kişini vuraraq öldürüb
KRİMİNAL 14 Oktyabr 2025 21:30

Tovuz rayonunda qatar adam vurub.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik dəmir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən orta yaşlı kişini vurub. Hadisə nəticəsində həmin şəxs həyatını itirib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.