Himət Hacıyev: Prezidentin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan regional rolunun göstəricisidir

Himət Hacıyev: Prezidentin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan regional rolunun göstəricisidir
SİYASƏT 13 Oktyabr 2025 16:01

Prezident İlham Əliyev Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edir.

 

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.

 

“Bu, Azərbaycanın artan regional rolunun və qlobal xarici siyasətdə “orta güc” (middle power) kimi mövqeyinin göstəricisidir. Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi üzrə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır”, - o qeyd edib.