22 yaşlı piyadanı vuran sürücü - Hadisə yerindən qaçdı

22 yaşlı piyadanı vuran sürücü - Hadisə yerindən qaçdı
Gündəm 11 Oktyabr 2025 09:45

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.

22 yaşlı kənd sakini Şamil Kərimov yolu keçərkən onu avtomobil vurub.

Qəza nəticəsində piyada həlak olub, sürücü isə hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.