Paşinyan da Tacikistana getdi

Paşinyan da Tacikistana getdi
Gündəm 09 Oktyabr 2025 21:00

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 9-10-da Tacikistanda işgüzar səfərdə olacaq.

 
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazir aparatı məlumat yayıb.
 
Bildirilib ki, Paşinyan Düşənbədə MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.
 
Xatırladaq ki, Prezident İlham Əliyev də tacikistanlı həmkarı Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Düşənbəyə səfər edib.