Vəngli kəndinə növbəti köç karvanı yola salındı

Vəngli kəndinə növbəti köç karvanı yola salındı
SOSİAL 09 Oktyabr 2025 13:02

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

Sitat.info xəbər verir ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatacaq.