Hakan Fidan Həsən Şeybani ilə görüşdü

Hakan Fidan Həsən Şeybani ilə görüşdü
Gündəm 08 Oktyabr 2025 18:13

Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb. Sitat.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Əsəd Həsən Şeybani Türkiyəyə işgüzar səfər çərçivəsində gəlib. Məlumata görə, nazirlər əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətləri səviyyəsində danışıqlar aparacaqlar. Görüşdən sonra iki nazirin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.