Məşhur fabrikə Əsgərovun xanımının adı verildi

Məşhur fabrikə Əsgərovun xanımının adı verildi
Gündəm 08 Oktyabr 2025 14:13

Bu ilin yanvarında vəfat edən AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı əbədiləşdirilib.

Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, “Gazelli Group”un parfüm və kosmetika fabrikinə Zərifə Həmzəyevanın adı verilib.

Qeyd edək ki, sözügedən fabrik Bakının Şüvəlan qəsəbəsində yerləşir.

Zərifə Həmzəyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti idi. O, həmçinin “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub.

C.Əsgərov və Z.Həmzəyevanın iki qızı var.