Ərdoğan Qəbələyə gəlir

Ərdoğan Qəbələyə gəlir
SİYASƏT 06 Oktyabr 2025 10:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Məlumata görə, Prezident Ərdoğan hazırda İstanbuldadır və bu gün, oktyabrın 6-da Azərbaycana yola düşəcək.

Qəbələdə keçiriləcək sammitdə Türk dünyasının liderləri regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və humanitar sahələrdə birgə layihələri müzakirə edəcəklər.

Ərdoğanın bu səfəri Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasının həmrəyliyinin növbəti simvolu kimi qiymətləndirilir.