Güclü külək olacaq - Xəbərdarlıq

Güclü külək olacaq - Xəbərdarlıq
Gündəm 04 Oktyabr 2025 16:30

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.