III MDB Oyunları: qadın boksçumuz 1-ci oldu

III MDB Oyunları: qadın boksçumuz 1-ci oldu
Gündəm 04 Oktyabr 2025 16:00

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarının final mərhələsi davam edir.

Sitat.info xəbər verir ki, qadın boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində final döyüşündə rusiyalı Daria Qavrina ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi qızıl medala sahib çıxıb.