Niderland İsrailə F-35-lərin hissələrinin ixracatını davam etdirə bilər

Niderland İsrailə F-35-lərin hissələrinin ixracatını davam etdirə bilər
Gündəm 03 Oktyabr 2025 20:00
Niderland Ali Məhkəməsi hökuməti İsrailə F-35 hissələrinin ixracatını ilə bağlı dayandırılmış lisenziyanı yenidən nəzərdən keçirməyə çağırıb.
 
Niderlandın Ali Məhkəməsinin qərarına əsasən, Haaqa məhkəməsi Niderlandın İsrailə F-35 qırıcılarının hissələrini göndərməsinə qadağa qoymaqla öz səlahiyyətini aşıb.
 
Ali Məhkəmə hökuməti ixracatı davam etdirməyi nəzərdən keçirməyə çağırıb.
 
Qeyd edək ki, Haaqa məhkəməsi Niderlanda sözügedən qadağanı 2024-cü ilin fevralında tətbiq edib.