Azərbaycanın 5 boksçusu finala yüksəldi

Azərbaycanın 5 boksçusu finala yüksəldi
Gündəm 03 Oktyabr 2025 19:48

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında yarımfinal döyüşləri keçirilib.

Sitat. xəbər verir ki, azərbaycanlı boksçu Qardaş Rəhimov (46 kq) tacikistanlı Damir Nazarova qalib gələrək (3:2) finala çıxıb.

60 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan digər boksçumuz Şahin Aslanov rusiyalı Dmitriy Klyuşnikovdan üstün olub – 4:1.

Daha bir azərbaycanlı boksçu Səfdər Məmmədzadə (+80 kq) qazaxıstanlı Yerketanq Jarkınbeka qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.

Əli Əliyev (48 kq) isə digər qazxıstan təmsilçisi Baltin Korqanbekə üstün olub – 3:2.

Digər yarımfinal görüşündə azərbaycanlı idmançı Əli Abaslı (52 kq) türkmənistanlı Xangeldi Lukmanova qalib gəlib – 5:0.

Beləliklə, Azərbaycanın 5 boksçusu finala vəsiqə qazanıb.

Qeyd edək ki, kişi boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.