Son dəqiqə! Zelenski ilk dəfə Kiyevi tərk etdi

Son dəqiqə! Zelenski ilk dəfə Kiyevi tərk etdi
Gündəm 29 May 2022 20:51

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfər edib.

 

ƏtraflıLent.az-ın  “ukrinform.ru” saytına istinadən verdiyi xəbərə görə, Vladimir Zelenski döyüşlərdə fərqlənən hərbçiləri təltif edib, onları qiymətli hədiyyələrlə mükafatlandırıb.

Ukrayna Prezidenti Xarkovda operativ vəziyyətlə tanış olub. Vladimir Zelenski deyib ki, torpaqlarını müdafiə edən ukraynalıların son nəfərinə qədər döyüşəcəyini artıq düşmən çoxdan anlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə Vladimir Zelenski Kiyevi tərk edib.