Paşinyan: Bu, ölkəmizin ərazisini azaldır

Paşinyan: Bu, ölkəmizin ərazisini azaldır
SİYASƏT 03 Oktyabr 2025 12:49

“Araz çayından qum çıxarmaqla ölkəmizin ərazisini azaldırıq”.

Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün dağ-mədən sənayesi forumunda çıxışı zamanı bəyan edib.

Baş nazir Ermənistanın qum sənayesində nəhəng problemlərin olduğunu bildirib.

Dövlət təhlükəsizliyi, ərazi bütövlüyünün pozulması problemləri ilə məşğuluq, bu zaman bizə məlum olur ki, Araz çayından qum çıxarmaqla ölkəmizin ərazisini azaldırıq, burada təsiredici əks-tədbirlərimiz yoxdur”, - Paşinyan qeyd edib.