Bu rayonlara yağış yağdı

Bu rayonlara yağış yağdı
Gündəm 29 Sentyabr 2025 11:09

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 13, Lənkəranda 6, Astarada 4, Balakən, Zaqatala, Yardımlı, Şəkidə(Kişçay) 3, Qəbələ, Cəlilabad, Qubada 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,Tovuz, Oğuz, Şamaxı, Altıağac, Qusar, Göyçay, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş(Qax), Kişçay(Şəki), Şamaxı, Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.