Jurnalist Zöhrab Əliyev azadlığa buraxıldı

Jurnalist Zöhrab Əliyev azadlığa buraxıldı
Gündəm 28 May 2022 11:22

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası davam edib.

Axar.az xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 27 nəfər məhkuma şamil olunub.

Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.

Azadlığa buraxılanlar arasında Gəncə məhbusları və jurnalist də var. Jurnalist Zöhrab Əliyev də azadlığa buraxılıb.