Fuat Oktay: “Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq”

Fuat Oktay: “Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq”
Gündəm 28 May 2022 09:05

“Baş nazir Əli Əsədovla həmsədrlik etdiyim Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyası ilə ticarətdən nəqliyyata, enerjidən sənayeyə qədər 15 milyard dollarlıq hədəfə doğru addımlar atılır. Bir çox sahələri əhatə edən fəaliyyət planları həyata keçiririk. Bu il 10-cu toplantımızı keçirəcəyik”.

Sitat.info Report-a istinadən xəbər verir ki, bunları Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

Fuat Oktay vurğulayıb ki, Türkiyə Prezidenti məhz Müstəqillik Günündə Azərbaycana səfər edəcək:

“Texnologiya məşəli ilk dəfə Anadoludan xaricdə alovlandı və festival Azərbaycanda başladı”.

“Azərbaycan bizim üçün daim can Azərbaycandır. 100 il öncə necə idisə, bu gün də eyni şəkildə könül birliyi içindəyik", - Fuad Oktay əlavə edib.