Azərbaycan Ordusunun əsgəri vəfat edib - RƏSMİ

Azərbaycan Ordusunun əsgəri vəfat edib - RƏSMİ
SİYASƏT 27 May 2022 21:40

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

SİTAT.İNFO xəbər verir ki, Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.