"Holiday İnn" otelində atışma: bir nəfər girov götürüldü

\"Holiday İnn\" otelində atışma: bir nəfər girov götürüldü
Gündəm 25 Sentyabr 2025 17:13

 

Tiflisdə “Holiday Inn” otelində atışma olub.

 

Sitat.info xəbər verir ki, məlumatı "Rustavi 2" telekanalı yayıb.

 

Bildirilib ki, oteldə qalanlardan biri öz otağında atəş açıb.

 

Eyni zamanda, naməlum şəxsin başqa bir nəfəri girov götürdüyü də vurğulanıb.

 

İlkin məlumata görə, atışmada şübhəli bilinən şəxs saxlanılıb.

 

Qeyd edək ki, ölkənin Daxili İşlər Nazirliyi insidentlə bağlı rəsmi açıqlama yaymayıb.