İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi

İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi
Gündəm 23 Sentyabr 2025 17:12

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gəliblər.

Sitat.info xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.