"Yutub" Maduronun rəsmi hesabını blokladı

\"Yutub\" Maduronun rəsmi hesabını blokladı
Gündəm 20 Sentyabr 2025 16:27

"Yutub" Venesuela Prezidenti Nikolas Maduronun rəsmi hesabını bloklayıb.

Sitat.info xəbər verir ki, dövlət başçısının səhifəsinə daxil olmağa çalışan istifadəçilər kanalın "istifadə qaydalarının pozulması səbəbindən" bağlandığı barədə bildirişlə üzləşirlər.

Qeyd edək ki, Venesuela liderinin "Yutub" kanalı hər gün hökumət və prezident tədbirlərinin yazılarını, həmçinin canlı yayımlarını paylaşırdı. Kanal 200 mindən çox abunəçiyə malik idi.

Karakasdan hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.