Firad Əliyev vəzifəsindən azad olundu

Firad Əliyev vəzifəsindən azad olundu
SİYASƏT 19 Sentyabr 2025 14:58

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.

Sitat.info  xəbər verir ki, hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb.

Bu vəzifəyə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.