Tanınmış alimin ölkədən çıxışına "STOP" qoyuldu

Tanınmış alimin ölkədən çıxışına \"STOP\" qoyuldu
Gündəm 18 Sentyabr 2025 20:40

 

İqtisad elmləri doktoru, professor Niyazi Həsənovun rəhbəri olduğu şirkətə görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

 

Sitat.info Qaynarinfo-ya istinadla xəbər verir ki, Niyazi Həsənovun rəhbəri olduğu "AGRO SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 6823,24 manat vergi borcuna görə məhkəməyə müraciət edilib.

 

Məhkəmənin qərarı ilə 1958-ci ildə Salyan rayonunda anadan Niyazi Həsənovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb.

 

Qeyd edək ki, Azərbaycan İqtisad Universitetində müəllim işləyən Niyazi Həsənov "Bərəkət" İctimai Birliyinin də sədridir.